AZ

Kolumbiya Venesueladan qaz idxalına məhdudiyyətlərlə üzləşib

Kolumbiya ABŞ rəsmilərinin xüsusi icazəsi olmadan Venesueladan təbii qaz idxal edə bilməyəcək ki, bu da ölkənin enerji təchizatını təmin etmək planlarını çətinləşdirir.

"Far.Az"un "Caracol" radiostansiyasına istinadən məlumatına görə, bunu Kolumbiyanın dağ-mədən sənayesi və energetika naziri Edvin Palma Karakasda Venesuela rəhbərliyi ilə görüşün yekunlarına dair bildirib.

Nazirin sözlərinə görə, sövdələşmənin "Ecopetrol" dövlət şirkəti vasitəsilə həyata keçirilməsi əlavə razılaşmasız qeyri-mümkün olub.

"Təəssüf ki, görünən odur ki, biz "Ecopetrol" vasitəsilə bu tranzaksiyanı həyata keçirə bilməyəcəyik", - Palma bəyan edib.

O həmçinin vurğulayıb ki, lazımi icazənin alınması xeyli vaxt apara bilər.

"Yeni lisenziyanın rəsmiləşdirilməsi daha mürəkkəb və uzunmüddətli olacaq, bizim üçün isə icra müddəti vacibdir", - qurum rəhbəri əlavə edib.

Nazir qeyd edib ki, Kolumbiya artıq təbii qaz qıtlığı ilə üzləşib. Onun sözlərinə görə, mövcud ehtiyatlar bir neçə il ərzində tükənə bilər və artıq indidən ölkənin daxili tələbatını tam ödəmir.

Seçilən
13
far.az

1Mənbələr