Ukrayna Prezidenti Vladimir Zelenski 22 fevral bazar günü gecəsi Lvov mərkəzində baş verən və bir polis məmurunun ölümünə səbəb olan terror aktının arxasında Rusiyanın olduğunu bildirib.
Herbiand.az xəbər verir ki, o bu barədə Telegram kanalında yayımlanan videomüraciətdə bildirib.
"Cinayətkarlar Telegram vasitəsilə cəlb ediliblər. Onlarla oxşar vəziyyətin qarşısı alınıb. Ukrayna hüquq-mühafizə orqanları daim bu cür cəlbetməyə qarşı çıxır", - deyə Zelenski bildirib.
Dövlət başçısının sözlərinə görə, Ukrayna kəşfiyyatında "rusların bu cür hərəkətləri, ukraynalılara qarşı faktiki hücumları davam etdirmək niyyətində olduqlarını" göstərən məlumatlar var.