AZ

Zelenski: Donbasın Rusiyaya verilməsi xəyanət olardı

BAKI, 23 fevral. TELEQRAF

“Ukrayna öz qoşunlarını Donbasdan çıxara bilməz, çünki bu, cəmiyyətdə parçalanmaya səbəb olardı, Vladimir Putin də bununla kifayətlənməz”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Mən buna başqa cür baxıram, bunu sadəcə torpaq məsələsi kimi görmürəm. Mən burada mövqelərimizin zəiflədilməsi, orada yaşayan yüz minlərlə insanımızın taleyin ümidinə buraxılması baxımından xəyanət görürəm. Mən bunu belə görürəm. Əminəm ki, bu, cəmiyyətimizi parçalayacaq”, - o bildirib.

Rusiya Prezidenti Vladimir Putini bunun qane edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq Volodimir Zelenski qeyd edib ki, Kreml sahibinə öz gücünü bərpa etdikdən sonra yenidən müharibəyə başlamaq üçün fasilə lazımdır:

“Yəqin bu onu müəyyən müddətə qane edərdi, özünə gələnədək ona fasilə lazımdır. Avropadakı tərəfdaşlarımız deyirlər ki, bu, üç ildən beş ilə qədər çəkə bilər. Fikrimcə, ən çoxu bir-iki ilə özünə gələ bilər. Bundan sonra hara üz tutacaq? Bilmirik. Amma onun müharibəni davam etdirmək istəyəcəyi dəqiqdir”.

Seçilən
10
teleqraf.com

1Mənbələr