"Milan"ın futbolçusu Ruben Loftus-Çik zədələnib.
QOL.az xəbər verir ki, o, ötən gecə "San Siro"da "Parma" ilə matçda (0:1) sıradan çıxıb.
İngiltərə millisinin yarımmüdafiəçisi matçın 11-ci dəqiqədə zədə alıb. O, meydanı xərəkdə tərk edib.
"Sky Sport"un yaydığı məlumata görə, Loftus-Çikin alveolyar sümüyündə sınıq var. O, əməliyyat olunacaq.