İranın hava müdafiə sistemini gücləndirmək məqsədilə Rusiya ilə təxminən 500 milyon avro dəyərində gizli raket sazişi imzaladığı iddia olunub.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, razılaşma 2025-ci ilin dekabrında Moskvada imzalanıb.
İddiaya əsasən, saziş çərçivəsində Rusiya İrana 500 ədəd “Verba” daşınan zenit-raket qurğusu və 2 500 ədəd “9M336” tipli raket tədarük edəcək. Çatdırılmaların 2027–2029-cu illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılıb.
Bildirilir ki, İsrail və ABŞ-nin 2025-ci ilin iyununda İrana qarşı hücumlarından sonra Tehran hava müdafiəsini gücləndirmək üçün Moskvaya rəsmi müraciət edib.
Ayxanım Məlikova