AZ

Döyülmə ilə gündəmə gələn köməkçi işdən ÇIXDI

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının döydürdüyü iddia olunan köməkçisi Pərviz Mirizadənin işindən ayrılması ilə bağlı məlumatlar yayılıb.

Milli.Az xəbər verir ki, "Qafqazinfo" məsələni dəqiqləşdirmək üçün Günay Ağamalı ilə əlaqə saxlayıb.

Deputat saytımıza açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, köməkçisi könüllü şəkildə işdən azad olunmaq istəyib: "Bu, normaldır. Bir insan işləyir, müəyyən müddətdən sonra işindən ayrıla bilər. Yayılan xəbərlər isə kökündən yalnışdır. Mən bilmirəm yalan məlumatları hansı səbəbdən yayırlar. Heç bir problem yoxdur. Sadəcə olaraq özü könüllü şəkildə işdən ayrılmaq istədi".

Qeyd edək ki, bir neçə gün əvvəl Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni öz mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılsa da, hər iki tərəf bunu təkzib etmişdi.

P.Mirizadənin işindən ayrılması ilə bağlı ilkin xəbəri Oxu.az yayıb.

Milli.Az

Seçilən
12
6
milli.az

7Mənbələr