AZ

Netanyahunun "İttifaq oxu"na Modidən dəstək: Hədəfdə hansı ölkədir?

Hindistanın Baş naziri Narendra Modi "X" platformasında paylaşım edərək İsrail Baş naziri Benyamin Netanyahuya dəstək mesajı verib.

Publika.az xəbər verir ki, Modi Aralıq dənizi və Yaxın Şərqdə düşmən hesab etdiyi ölkələrə qarşı yeni bir ittifaq oxu axtaran Netanyahunu dəstəklədiyini bəyan edib.

"Hindistan və İsrail arasındakı ikitərəfli münasibətlərin çoxşaxəli olması barədə sizinlə tamamilə razıyam. İsraillə etimad, innovasiya, sülh və tərəqqi əsasında qurulmuş uzunmüddətli dostluğu yüksək qiymətləndirirəm. İsrailə səfərim zamanı görüşlərimizi səbirsizliklə gözləyirəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu, Aralıq dənizi ətrafında və Yaxın Şərqdə düşmən hesab etdikləri ölkələrə qarşı yeni bir ittifaq oxu axtardıqlarını bildirib. O, yeni ittifaqa Hindistan, bəzi ərəb və Afrika ölkələri, eləcə də Yunanıstan, Cənubi Kipr və bəzi Asiya ölkələrinin daxil olacağını qeyd edib.

Seçilən
15
publika.az

1Mənbələr