AZ

Ukrayna bu gecə də rusların yuxusunu qaçırdı: Dronlarla hücum

Dünən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna dronlarının genişmiqyaslı hücumunu dəf edib. Gecə ərzində ümumilikdə 152 sabit qanadlı pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Onlardan ən çoxu - 65 PUA - Belqorod vilayəti üzərində vurulub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hava hücumundan müdafiə qüvvələri Rostov vilayətinin dörd rayonunda - Çertkovski, Şoloxovski, Millerovski və Belokalitvinskidə - pilotsuz təyyarələri məhv edib. Bundan başqa, Azov dənizi üzərində daha 14, Krım üzərində 18 və Qara dəniz üzərində 42 pilotsuz təyyarə zərərsizləşdirilib.

Gecə Tatarıstanda da dron təhlükəsi elan edilib. Almetyevsk sakinləri səhər saat 4-5 radələrində səmada bir sıra güclü partlayışlar barədə məlumat veriblər.

Seçilən
11
publika.az

1Mənbələr