Rusiyanın Smolensk vilayətində yeddi yaşlı oğlan açıq qalmış lyuka düşərək təxminən altı saat orada qalıb.
Redaktor.az bu barədə Rusiya mediasına istinadla xəbər verir.
Faktla bağlı cinayət işi başlanıb.
Məlumata görə, uşaq Şkolnaya küçəsində yerləşən fiziki-sağlamlıq kompleksinin yaxınlığında sinif yoldaşları ilə gəzirmiş. Bir müddət sonra o, dostlarından aralanaraq yaxınlıqdakı hasarlanmış əraziyə keçib və dərinliyi təxminən üç metr olan, üstü bağlanmamış lyuka düşüb.
Uşağın yeri yalnız altı saat sonra “Salvar” axtarış-xilasetmə dəstəsinin köməyi ilə müəyyən edilib. Xilasedicilər tərəfindən lyukdan çıxarılan azyaşlı xəstəxanaya çatdırılıb. Həkimlər onda yüngül dərəcəli hipotermiya (bədənin soyuması) diaqnozu qoyublar. Elə həmin gün valideynləri uşağı evə aparıblar.
Nuriyyə NATİQQIZI