AZ

İran Rusiyadan daşınan zenit-raket kompleksləri alır

İran Rusiyadan daşınan zenit-raket kompleksləri (DZRK) almaq üçün 500 milyon avro (589 milyon dollar) dəyərində gizli müqavilə imzalayıb.

“Poliqon” “Financial Times” qəzetinə istinadən xəbər verir ki, silah sazişi dekabr ayında Moskvada imzalanıb və razılaşmaya əsasən Rusiya üç il ərzində İrana 500 ədəd “Verba” DZRK buraxılış qurğusu və 2500 ədəd 9M336 “yer-hava” raketi göndərməlidir.

Razılaşmada göstərilən çatdırılma cədvəlinə əsasən, İran vəd edilmiş silahları 2027-2029-cu illər ərzində üç mərhələdə alacaq.

Son illərdə Rusiya və İran arasında əməkdaşlıq dərinləşib. Tehran Ukraynaya qarşı müharibədə Rusiya qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş aparatları və digər hərbi texnika ilə Moskvanı təmin edib.

Seçilən
19
poliqon.az

1Mənbələr