2022-ci ildə Almaniya Rusiyadan boru qazı almağı dayandırdı, daha doğrusu, anqlosakslar Ukrayna yəhudiləri ilə birlikdə dayandırmağa məcbur etdilər. Almaniya Rusiyadan qazı 3 istiqamətdən alırdı:
▪️ Ukrayna vasitəsilə – anqlosaksların tapşırığı ilə 2022-ci ilin mayından Zelenski dayandırdı;
▪️ Belorus vasitəsilə – anqlosaksların tapşırığı ilə 2022-ci ilin mayından Polşa dayandırdı;
▪️ Baltik dənizi vasitəsilə (heç bir ölkənin ərazisindən keçmədən) – 2022-ci ilin 31 avqustunda Almaniya dayandırdı, 26 sentyabrda isə anqlosaksların dəstəyi ilə ukrainlər “Şimal axını” kəmərlərini partlatdılar.
Sual oluna bilər:
Niyə Ukrayna və Polşadan keçən kəmərlər partladılmadı, lakin Baltik dənizindən keçən kəmər partladıldı?
Sentyabrda Almaniya onsuz da “Şimal axını” kəmərlərindən qaz almırdı, onu niyə partlatdılar?
Anqlosaksların bütün davası Rusiya ilə Almaniya arasında olan “bağları” qırmaq, onları yenidən 1-ci və 2-ci dünya müharibəsindəki kimi bir-birinə düşmən edib, vuruşdurmaq idi: https://www.facebook.com/asif.shafaggatov.3/videos/699139966395327/
Bunu nəzərə alsaq yuxarıdakı sualların cavabları belədir:
Ukrayna və Polşadan keçən kəmərlər anqlosaksların proksilərinin əlində idi, Almaniya istəsəydi də anqlosaksların tapşırığı olmadan onlar qaz verməzdilər.
Ruslar və almanlar məhz bu səbəbdən anqlosaksların bütün etirazlarına baxmayaraq, heç bir ölkədən asılı olmayan “Şimal axını” kəmərlərini çəkmişdilər. Elə heç bir ölkədən asılı olmadığına görə də onu partlatdılar. Çünki Almaniya iqtisadiyyatı çətinə düşsəydi, Rusiyadan qaz alışını bərpa edə bilərdi. Partlatmaqla bu şansı ləğv etdilər.
Rusiyadan əli üzülən Almaniya başqa təchizat mənbələri axtarmağa başladı. Rusiyadan başqa Avropanın şimalına boru qazı çatdıra bilən 2 ölkə var idi – Norveç və Niderland. Lakin bu ölkələrin ixrac imkanları Rusiya payını əvəz edə bilməzdi. Almaniya çatışmayan qaz həcmini mütləq maye qazla əvəz etməli idi. Lakin Almaniya həmişə ucuz boru qazı aldığından maye qaz infrastrukturu (reqazifikasiya terminalı) yox idi. Təcili surətdə Baltik dənizində reqazifikasiya terminalları tikməyə başladı. Artıq 2026-cı ilin əvvəlinə Almaniyanın Baltik dənizində ümumi illik gücü 36 mlrd m³ olan 5 üzən reqazifikasiya terminalı var. Ən böyük terminal Rugen adasında yerləşən Mukrandır (13,5 mlrd m³).
Lakin hesabatlara görə hazırda Almaniyanın ümumi qaz idxalında maye qazın xüsusi çəkisi 11%-dir. Bəs 89%-lik boru qazını Almaniya haradan alır?
▪️ Norveçdən – 44%,
▪️ Niderlanddan – 24%,
▪️ Belçikadan – 21%.
Norveçi başa düşdük, böyük qaz hasilatçısıdır. Niderlandda məşhur “Qroningen” qaz yatağı 2024-cü ilin aprelində bağlandı, indi o qazı hardan tapır? Belçikanın heç qaz hasilatı olmayıb.
Niderlandla bağlı vəziyyət belədir. Əvvəllər Niderland təbii qazı “Qroningen” yatağından verirdi. Almaniya bu yataqdan qazı onillər əvvəldən alır. Yatağın qazı (L-qaz) baqşa yataqların qazından (H-qaz) çoxazotlu olması ilə fərqlənir. L-qazda azot 14%-ə yaxındır və istiliktörətmə qabiliyyəti H-qazdan aşağıdır. Almaniyanın şimali-qərbinin (məsələn, Düsseldorf) qaz infrastrukturu məhz L-qaza uyğun layihələndirilib. “Qroningen” yatağının istismardan çıxarılmasına baxmayaraq, Almaniya yenə Niderlandan boru kəməri ilə L-qaz alır. Necə?
Niderlandın güclü reqazifikasiya infrastrukturu var. 2025-ci ildən Niderland xaricdən maye H-qaz alır (~70%-i ABŞ-dan, həmçinin Rusiyadan). Onu reqazifikasiya edir, sonra H-qazı azot qurğuları vasitəsilə 14%-dək azotlaşdıraraq, L-qaza çevirir və boru kəmərləri ilə Almaniyaya göndərir.
Belçika da Niderland kimi, əsasən, ABŞ-dan, qismən Rusiyadan maye qaz alır və reqazifikasiya edərək, boru kəmərləri ilə Almaniyaya göndərir.
Beləliklə, əslində Almaniyanın qaz idxalında maye qazın payı 11% yox, 56% imiş. Bu nə deməkdir?
Maye qaz boru qazından 3-4 dəfə baha olur, çünki o əvvəl qaz halından maye halına keçirilir, xüsusi tankerlərlə daşınır, yenidən maye halından qaz halına keçirilir – bütün bu proseslər çox bahalı əlavə infrastrukturlar tələb edir, əlavə xərclər isə qazın maya dəyərini artırır.
Qazın baha olması elektrik enerjisinin qiymətinin artmasına səbəb olur. Hökumət elektrik enerjisi qiymətinin bir hissəsini dövlət büdcəsi hesabına subsidiyalaşdırsa da Avropada ən bahalı elektrik enerjisi Almaniyadadır. Bu səbəbdən Almaniyada böyük enerjitutumlu istehsalatlar (metallurgiya, kimya, sellüloz, şüşə və s.) ziyan çəkir, müflis olur və ya istehsalatı başqa (ABŞ, Çin və s.) ölkələrə köçürürlər.
Bu il qış çox sərt keçir. Baltik dənizində buz təbəqəsi çox qalın olub. Fevralın əvvəlindən Mukran terminalı problemlə üzləşdi. Terminalın ətrafı 30-100 sm qalınlığında buz bağlayıb deyə maye qaz tankerləri ona yaxınlaşa bilmirdilər. Onlara yol açmaq üçün Almaniya özünün ən güclü buzqıran gəmisi “Neuwerk”i köməyə göndərdi, lakin buzqıran gəmi özü buzlarda ilişdi və xarab oldu. Çünki bu gəmi 3-cü buz sinfinə aiddir və 50 sm-dək buzlaqda işləyə bilər. “Maran Gas Nice” tankeri terminalı tərk edə, “Minerva Amorgos” tankeri terminala yaxınlaşa bilmirdi. Rusiya atom buzqıran gəmilərini də köməyə çağıra bilmirdilər, çünki Aİ Rusiya buzıran gəmilərnin xidmətlərindən istifadəni sanksiyalaşırıb. 2 həftədən sonra 2 başqa gəmi vasitəsil terminala yol aça bildilr. Bu müddət isə onsuz da baha olan maye qazın bir az da bahalaşasına səbəb oldu (tankerlərin dayanma xərci alıcıya aiddir).
Beləliklə, anqlosakslar Almaniyanı uğurla çökdürməkdə davam edirlər. Ölkə Veymar Almaniyasının gününə düşəndə yeni bir uğursuz rəssam tapıb silahlandıracaq və şərqə istiqamət göstrəcəklər… və hər şey 90 il əvvəlki kimi təkrarlanacaq…
Asif Şəfəqqətov