AZ

Dəhşətli qəza: avtomobil 4 nəfəri vurdu – 2-si azyaşlıdır / VİDEO

Kürdəmirdə ağır yol qəzası baş verib.

 

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.

Belə ki, AUDİ markalı avtomobilin sürücüsü Aslan Mikayılov hərəkətdə olarkən binanın qarşısında keçən 2-si azyaşlı olmaqla, 4 nəfəri – 12 yaşlı Rafiq Abdullayev, 13 yaşlı Yağmur Əzizova, 40 yaşlı Şairə Əzizova və 61 yaşlı Şahnaz Abdullayevanı vurub.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
20
nocomment.az

1Mənbələr