Pekin, 23 fevral, AZƏRTAC
Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda 5,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkəsi Mərkəzi açıqlama yayıb.
Yeraltı təkan Pekin vaxtı ilə 12:12-də (Bakı vaxtı ilə 08:12) muxtar rayonun Bayingölin monqol muxtar prefekturasının Yuli rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 15 kilometr dərinlikdə olub.
Hələlik insan tələfatı və dağıntı barədə məlumat yoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin