AZ

İranda bu şəxslər Xameneini devirməyə cəhd edib - Fransa mətbuatı

8–9 yanvar tarixlərində İranın Ali rəhbəri Əli Xamenei hakimiyyət daxilində kənarlaşdırılmağa çalışılıb, ancaq təşəbbüs uğursuzluqla nəticələnib.

Missiya.Az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazı dərc edib.

Bildirilib ki, keçmiş Prezident Həsən Ruhani həmin gecə keçmiş hökumət üzvləri, o cümlədən Məhəmməd Cavad Zərif, Qum şəhərindən olan din xadimləri və SEPAH strukturlarına yaxın fiqurları bir araya toplayaraq Xameneini hakimiyyətdən uzaqlaşdırmağa çalışıb.

Məlumata görə, plan son mərhələdə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən dəstəklənmədiyi üçün həyata keçirilməyib.

Məlumat sızmasının qarşısını almaq üçün hazırkı Prezident Məsud Pezeşkian bu prosesdən kənarda saxlanılıb.

Qeyd olunub ki, hadisələrdən sonra Ruhani və Zərif bir neçə gün ev dustaqlığında saxlanılıb, onlara yaxın bəzi islahatçı fiqurlar isə qısa müddətlik həbs olunaraq daha sonra azadlığa buraxılıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
5
missiya.az

6Mənbələr