AZ

Pakistanda 5 terrorçu zərərsizləşdirilib

Bakı, 23 fevral, AZƏRTAC

Pakistanın Bəlucistan əyalətinin Pişin rayonunda keçirilən əməliyyat zamanı beş terrorçu məhv edilib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Terrorla Mübarizə Departamenti açıqlama verib. Bildirilib ki, polis qərargahına hücum planlaşdıran terrorçulardan əməliyyat zamanı silah və partlayıcı maddələr aşkar olunub. Axtarış tədbirləri davam edir.

 

Seçilən
11
4
azertag.az

5Mənbələr