AZ

Zelenski: Donbasdan çıxsaq, Ukrayna parçalanacaq və Putin dayanmayacaq

Ukrayna qoşunlarını Donbasdan çıxara bilməz, çünki bu, Ukrayna cəmiyyətində parçalanmaya səbəb olacaq və Rusiya lideri Vladimir Putin onsuz da bununla dayanmayacaq...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibədə deyib.

"Mən buna fərqli baxıram. Bunu sadəcə torpaq kimi görmürəm. Mən bunu xəyanət kimi görürəm - mövqeyimizi zəiflətmək, orada yaşayan yüz minlərlə insanımızı tərk etmək. Mən bunu belə görürəm. Və əminəm ki, bu, cəmiyyətimizi parçalayacaq", deyə o izah edib.

Bunun Putini qane edib-etməyəcəyi sualına Zelenski belə cavab verib: "Ona fasilə lazımdır, amma sağaldıqdan sonra yenidən müharibəyə başlayacaq. Yəqin ki, bu, onu bir müddət qane edərdi. Amma sağaldıqdan sonra yenə başlayacaq. Avropa tərəfdaşlarımız bunun üç-beş il çəkə biləcəyini deyirlər. Məncə, o, bir neçə ildən çox olmayaraq sağala bilər. Növbəti dəfə hara gedəcək? Bilmirik, amma müharibəni davam etdirmək istəyəcəyi faktdır".

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr