AZ

Bu ölkə ABŞ ilə idxal rüsumları üzrə danışıqlar aparmağı planlaşdırır

Bakı. Trend:

Tailand Vaşinqtonun ölkənin mallarına tətbiq etdiyi idxalrüsumları məsələsi ilə bağlı ABŞ ilə danışıqları davametdirəcək.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Tailandın baş nazirinin müavini və maliyyə naziri EknitiNitithanpraphat bildirib ki, qısa müddətli perspektivdə idxalrüsumlarının 19 faizdən 15 faizə endirilməsi bazar üçün müsbətstimuldur.

Bununla belə, o, krallığın Ticarət Nazirliyinə Tailandınmaraqlarının qorunması və uzunmüddətli perspektivdə digər tariftədbirlərinə hazırlıq məqsədilə ABŞ-nin Ticarət Nümayəndəliyiİdarəsi ilə danışıqları davam etdirməyi tapşırıb.

ABŞ prezidenti Donald Tramp 2025-ci ilin aprel ayında 185 ölkəvə ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiqediləcəyini elan edib. Cənub-Şərqi Asiya ölkələri ən yüksəktariflərin tətbiq olunduğu qrupa daxil olub, o cümlədən Laos (48faiz), Vyetnam (46 faiz), İndoneziya (32 faiz). Tailandamünasibətdə isə aprel ayından etibarən 36 faiz həcmində rüsumlarqüvvədə olub. Avqustun 1-dən etibarən onlar 19 faizə endirilib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr