AZ

Bakıda 53 yaşlı kişi öldürüldü - Saxlanılan var

Fevralın 21-i saat 23 radələrində Bakıda qətl törədilib.

Redaktor.az xəbər verir ki, Şüvəlan qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədov bıçaqlanaraq öldürülüb.

Cinayəti törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü İqor İmranoviç Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır (APA).

Seçilən
29
1
redaktor.az

3Mənbələr