AZ

İran və Rusiya gizli müqavilə imzalayıb

İran Rusiya ilə "Verba" daşınan hava hücumundan müdafiə sistemlərinin alınması üçün 500 milyon avroluq müqavilə imzalayıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilib ki, müqavilə 2027-ci ildən başlayaraq üç il ərzində 500 buraxılış qurğusu və 2500 9M336 tipli raketin çatdırılmasını nəzərdə tutur.

Məlumata görə, razılaşma Tehranın kruiz raketləri və pilotsuz uçuş aparatları kimi aşağı hündürlükdə hərəkət edən hədəflərə qarşı mübarizə imkanlarını gücləndirmək niyyətini göstərir. Sistem 4,5 km-ə qədər yüksəkliklərdə və 6 km-ə qədər məsafələrdəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Analitiklər qeyd edirlər ki, bu addım İranın ötən il İsraillə baş vermiş müharibədən sonra hava hücumundan müdafiəni yenidən qurmaq üçün ən iddialı cəhdidir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr