Türkiyənin Muğla vilayətində dabaq xəstəliyi yayılıb.
“Unikal” xəbər verir ki, vilayətin Menteşe rayonunda iri buynuzlu heyvan təsərrüfatında dabaq xəstəliyi aşkarlanıb. Bununla əlaqədar 11 məhəllədə karantin rejimi tətbiq edilib.
Belə ki, görülən tədbirlər çərçivəsində yoluxmanın yayılmasının qarşısını almaq üçün heyvanların giriş-çıxışı dayandırılıb.
Qeyd olunur ki, bölgədə peyvəndləmə və dezinfeksiya işləri aparılır. Xəstəlik nəzarət altına alındıqdan sonra məhdudiyyətlərin ləğv ediləcəyi bildirilib.
Ayxanım Məlikova