AZ

Qvardiola qısa məzuniyyət götürdü: Görün hara getdi

“Nyukasl” üzərində qələbədən sonra “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qısa məzuniyyət götürərək İtaliyaya yollanıb.

Publika.az xəbər verir ki, lakin o, Roma və ya Milana, hətta günəşli Neapola deyil, əsrin əvvəlində həyatının bir neçə ilini keçirdiyi Breşiyaya gedib.

Qvardiola yerli “Union Breşiya” (əslində onun keçmiş klubu olan “Breşiya”) ilə “Pro Patria” arasında keçirilən oyunu tribunadan izləyib. Pepin sabiq komandası 3:2 hesablı qələbə qazanaraq azarkeşlərini sevindirib.

Xatırladaq ki, futbolçu karyerasının son dönəmində Qvardiola “Breşiya”da Roberto Bacço və Andrea Pirlo ilə birgə çıxış edib. O, Karlo Mazzonenin rəhbərliyi altında qazandığı təcrübəni özü üçün çox faydalı hesab edir.

Heybət

Seçilən
0
publika.az

1Mənbələr