AZ

Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd ediləcək - Sərəncam

Bakı. Trend:

Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd ediləcək.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının MədəniyyətNazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və aidiyyətiqurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərinəzərə alınmaqla, Xalq şairi Səməd Vurğunun 120 illiyinə dairtədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

"2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətlisimalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim,SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası ElmlərAkademiyasının həqiqi üzvü Səməd Vurğunun

(Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaqmərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətininqayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlardiyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinəçevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəkiVətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilininsaflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığınıntükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün mənagözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmunamalik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun millipoeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlubənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir.Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyasıAzərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir.Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəbkimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bugün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhundayetişməsində əhəmiyyətli rol oynayır", - Sərəncamda qeydolunub.

Seçilən
14
46
az.trend.az

10Mənbələr