AZ

Davit Volkov "Zirə"də 100-cü matçını keçirib

Misli Premyer Liqasının XXI turunun "Turan Tovuz"la oyunu "Zirə"nin futbolçusu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.

"Far.Az" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, Bakı klubunun heyətində 100-cü çempionat matçını keçirib.

Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. D.Volkov Premyer Liqada "Zirə"nin formasında ilk oyununu 2020-ci il fevralın 1-də "Sabah"a qarşı (2:0) keçirib.

Qeyd edək ki, Davit Volkov "Qəbələ" və "Sabah"da da çıxış edib.

Seçilən
2
10
far.az

10Mənbələr