AZ

Azərbaycanda həqiqi hərbi xidmətə çağırılacaq və ehtiyata buraxılacaq şəxslər müəyyən edilib - Sərəncam

Bakı. Trend:

Azərbaycanda həqiqi hərbi xidmətə çağırılacaq və ehtiyataburaxılacaq şəxslər müəyyən edilib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu, Prezident İlham Əliyevin AzərbaycanRespublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dəkmüddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbixidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqındaimzaladığı Sərəncamda əksini tapıb.

Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək(həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan SilahlıQüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqihərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətlihəqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycanvətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbixidmətə çağırılacaqlar.

Eyni zamanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmişmüddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Seçilən
12
49
az.trend.az

10Mənbələr