AZ

Kaya Kallas: Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar paketi barədə razılığa gələ bilməyəcək

Bakı, 23 fevral, AZƏRTAC

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiyalar paketi barədə razılığa gələ bilməyəcəklər.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bu barədə üzv ölkələrin nazirlərinin görüşünə gələrkən jurnalistlərə deyib. “Əlbəttə, biz Rusiyaya qarşı 20-ci sanksiyalar paketini müzakirə edəcəyik. Bu gün irəliləyiş olmayacaq, lakin biz səylərimizi davam etdirəcəyik”, – deyə diplomat vurğulayıb.

Seçilən
10
2
azertag.az

3Mənbələr