AZ

"Biz həddən artıq tez-tez qalib gəlirik, bu, sadəcə ədalətsizdir" -Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsinin qələbələri ilə bağlı ironik paylaşım edib.

Redaktor.az xəbər verir ki, Ağ Evin rəhbəri paylaşımı "Truth Social" sosial şəbəkəsində edib.

“Biz həddən artıq tez-tez qalib gəlirik, bu, sadəcə ədalətsizdir!” – deyə Tramp paylaşımında qeyd edib.

Xarici medianın məlumatına görə, bu fikrin yazılmasına səbəb ABŞ-nin xokkey üzrə milli komandasının İtaliyada keçirilən və dünən başa çatan 2026-cı il Qış Olimpiya Oyunlarında qızıl medal qazanması olub. Amerikalılar finalda Kanada yığmasına qalib gəliblər.

Aytəkin TOFİQQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr