AZ

İndoneziyada avtobus qəzası: 23 nəfər xəsarət alıb

Bakı, 23 fevral, AZƏRTAC

İndoneziyanın paytaxtı Cakartada iki avtobusun toqquşması nəticəsində 23 nəfər xəsarət alıb.

AZƏRTAC İndoneziyanın Antara agentliyinə istinadla xəbər verir ki, bu barədə Cakarta polisi məlumat yayıb. Bildirilib ki, yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Qəza səbəbindən 13-cü dəhliz üzrə marşrut xətlərində gecikmələr yaranıb.

Seçilən
20
azertag.az

1Mənbələr