Bakı.Trend:
Ötən ilin “ASAN xidmət indeksi” və “ASAN müraciət” informasiyasistemi üzrə yekun nəticələr məlum olub.
Trend xəbərverir ki, göstəricilər “ASAN xidmət indeksi” çərçivəsində aparılanqiymətləndirmənin və “ASAN müraciət” informasiya sisteminin 2025-ciil üzrə fəaliyyətinin illik hesabat tədbirində açıqlanıb.
2025-ci ilin nəticələrinə əsasən “ASAN xidmət indeksi” üzrəbirinci yerə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətilayiq görülüb. İkinci pillədə Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi qərarlaşıb, üçüncü yeri isə Azərbaycan RespublikasınınDövlət Gömrük Komitəsi tutub.
Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəniPirallahı Rayon İcra Hakimiyyəti göstərərək birinci olub. BinəqədiRayon İcra Hakimiyyəti ikinci, Yasamal Rayon İcra Hakimiyyəti isəüçüncü yerdə qərarlaşıb.
Hüquqi şəxslər və digər büdcə təşkilatları kateqoriyasında ənyüksək göstərici “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olub.Siyahıda ikinci yeri “Azəriqaz” İstehsalat Birliyi, üçüncü yeri isəİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tutub.