Globalinfo.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Böyük Britaniya müstəntiqləri Şahzadə Endryu ilə Epşteyn arasında əlaqələri araşdırarkən bir çox sənədin saxlama müddətinin bitməsi səbəbindən məhv edildiyini öyrəniblər. Yoxa çıxan mıəlumatların Epşteuynin 20 il əvvələ aid Britaniyaya uçuş qeydləri ilə bağlı olduğu bildirilir. Keçmiş şahzadənin biznesmenlə əlaqələrinin təsdiqlənməsi üçün sözügedən uçuş qeydlərinin vacib olduğu bildirilir.
Lakin Kral Hərbi Hava Qüvvələri sərnişin siyahılarını yalnız üç ay saxlayır, bundan sonra məlumatlar məhv edilir və bu da müstəntiqləri şübhəlilərin hərəkətləri haqqında məlumatların əhəmiyyətli bir hissəsindən məhrum edir. Bu məlumat yoxa çıxdığı üçün onu təsdiqləmək və ya inkar etmək artıq faktiki olaraq mümkün deyil.