AZ

Xameneinin iqamətgahının ətrafı boşaldıldı Nə baş verir?

ain.az bildirir, Axar.az portalına istinadən.

Bu gün Tehranda Prezident Aparatı və ölkə rəhbəri Əli Xameneinin iqamətgahının ətrafında yerləşən məktəblər əvvəlcədən elan edilmədən bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən farsdilli media daxili mənbələrə idtinadən məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 07-də məktəbə gedən şagirdlər avtobuslara mindirilərək geri qaytarılıblar.

Bununla yanaşı ötən gecə saat 23-dən sonra həmin ərazilərə çox sayda ambulans, polis və xüsusi qüvvələrin cəmləşdiyi iddia olunub.

İranın rəsmi mediası bununla bağlı heç bir məlumat yaymayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
axar.az

1Mənbələr