AZ

“Neftçi”nin stadionunda ən böyük tribunaya Anatoli Banişevskinin adı verilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 fevral, AZƏRTAC

Bu gündən etibarən “Neftçi”nin stadionunun ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasının 80 illiyi tamam olan Anatoli Banişevskinin adını daşıyacaq.

Klubdan AZƏRTAC-a bildirilib ki, bununla da “ağ-qaralar” əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi istiqamətində növbəti addımı atıb.

Qeyd olunub ki, “Palms Sports Arena”da yerləşən “Anatoli Banişevski” tribunası bundan sonrakı bütün ev oyunlarında azarkeşlərin üzünə açıq olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
azertag.az

3Mənbələr