"TuranTovuz"un yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan millisinin sabiq üzvü Zaur Ramazanovun nailiyyətini təkrarlayıb.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXI turunun oyununda fərqlənməklə nail olub.
Ozobiç turnirdə 70-ci qolunu vuraraq bu göstəricidə Ramazanova çatıb.
Premyer Liqada 2016/2017 mövsümündə debüt edən Ozobiç "Qəbələ"də 16, "Qarabağ"da 35, "Neftçi"də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.
1. Nazim Əliyev - 183
2. Müşfiq Hüseynov - 125
3. Rövşən Əhmədov - 116
4-5. Qurban Qurbanov - 115
Samir Ələkbərov - 115
6. Alay Bəhramov - 108
7. Nadir Nəbiyev - 103
8-9. Xaqani Məmmədov - 102
Vadim Vasilyev - 102
10. Kənan Kərimov - 101
11. Musa Qurbanov - 94
12. Fazil Pərvərov - 89
13. Samir Musayev - 88
14-15. Fərrux İsmayılov - 85
İmamyar Süleymanov - 85
16. Samir Əliyev - 84
17. İsmayıl Məmmədov - 76
18. İlham Məmmədov - 74
19. Azər İsayev - 73
20. Paşa Əliyev - 72
21. Badri Kvaratsxeliya - 71
22-23. Zaur Ramazanov - 70
Filip Ozobiç - 70
Qeyd edək ki, Ozobiç "23-lük"də karyerasını davam etdirən yeganə futbolçudur.