ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Çin Rusiya Prezidenti Vladimir Putinin Si Cinpinin təklifinə verdiyi cavabı heyranlıqla qarşılayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Baijiahao” portalı məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfi Si Cinpinin Putini 2026-cı ilin birinci yarısında Çinə səfərə dəvət etməsinə qeyri-adi dərəcədə isti münasibət sərgiləyib.
“Kremlin təklifə reaksiyası olduqca gözlənilməz və hətta həmişəkindən daha müsbət olub. Razılaşmanın özü Pekin üçün sürpriz olmasa da, reaksiya fərqlənirdi. Moskva səfərə fövqəladə həvəs göstərib. Xüsusilə xarici işlər naziri Sergey Lavrov səfərə hazırlıqların geniş miqyaslı olacağını açıqlayıb. Rusiyanın bu tədbirdən böyük gözləntiləri var. Rusiya tərəfi Putinin Çini əliboş tərk etməyəcəyini açıq şəkildə bildirir”, – nəşr yazıb.
Qeyd edək ki, fevralın 4-də Putin və Si Cinpin videokonfrans vasitəsilə danışıqlar aparıblar.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.