Ötən ilin birinci yarısında Rusiyaya orta aylıq kartof ixracının həcmi 3,4 milyon dollar olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan statistika xidmətinin məlumatlarına görə, altı aylıq fasilədən sonra Gürcüstandan Rusiyaya kartof ixracı bərpa olunub.
Yanvar ayında Gürcüstan Rusiyaya 15.000 dollar dəyərində kartof ixrac edib.
Doqquz aylıq davamlı alışlardan sonra tədarük iyul ayında dayandırılıb. Bu həcmlər 2022-ci ilin avqust ayından bəri ən aşağı göstərici olub.
Ötən ilin birinci yarısında orta aylıq ixrac həcmi 3,4 milyon dollar olub.
Yanvar ayında Gürcüstandan ümumi kartof ixracı 951.200 dollar təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 2,9 dəfə çox, əvvəlki ilin yanvar ayı ilə müqayisədə isə 4,8 dəfə azdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta