AZ

Aİ İranın nüvə proqramı üzrə diplomatik həllə çağırış edib

Avropa İttifaqı İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolu axtarır.


APA xəbər verir ki bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Kallas Tehran və Vaşinqton arasında gözlənilən danışıqlardan əvvəl İran məsələsində diplomatik həllə çağırıb.


"Bu bölgədə başqa bir müharibəyə ehtiyacımız yoxdur. Doğrudur, İran indiyə qədər ən zəif nöqtəsindədir. Biz bu vaxtdan diplomatik həll yolu tapmaq üçün istifadə etməliyik”, - diplomat əlavə edib.

Seçilən
1
4
apa.az

5Mənbələr