AZ

Avropa İttifaqı XİN rəhbərləri Rusiyaya qarşı növbəti sanksiyalar paketini müzakirə edəcək

Bakı. Trend:

Avropa İttifaqı Xarici İşlər Nazirlərinin zirvə toplantısında bugün Rusiyaya qarşı sayca 20-ci sanksiyalar paketi müzakirəyəçıxarılacaq. Lakin hələ ki, bu məsələdə uğurun əldə olunacağınıgözləməyə dəyməz.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının XariciSiyasət üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.

“Əlbəttə ki, 20-ci sanksiyalar paketi ilə bağlı diskussiyamızolacaq, amma hesab edirəm ki, bu gün bu məsələdə hər hansı uğurolmayacaq. Bununla belə, biz şübhəsiz ki, səylərimizi davametdirəcəyik”, - Aİ ali diplomatı Aİ zirvə toplantısı ərəfəsindəjurnalistlərə deyib.

Onun sözlərinə görə, nazirlər eyni zamanda, Ukraynamünaqişəsinin nizamlanması kontekstində Rusiya ilə hansıistiqamətlərdə danışıqların aparılmalı olduğuna dair müzakirələraparacaqlar. Gündəlikdə olan daha bir mövzu isə Ukraynaya Aİtərəfindən 90 milyard avroluq kreditin ayrılması məsələsiolacaq.

Qeyd edək ki, fevralın altısında Avropa Komissiyası Rusiyayaqarşı sayca 20-ci sanksiyalar paketinin layihəsini təqdim edib.Məhdudlaşdırıcı ölçülər siyahısı enerji, maliyyə xidmətləri vəticarət sahələrini ehtiva edir.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr