AZ

Polşa parlamentinin spikeri Kiyevə ilk səfərini həyata keçirib

Polşa Seyminin (parlamentinin) spikeri Vlodzimej Çajastı ilk dəfə Kiyevə səfər edib.

"Far.Az" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Polşa Seyminin spikeri Vlodzimej Çajastını Kiyevdə salamlamağa şadıq. Bu, onun Ukraynanın paytaxtına ilk səfəridir. Ukrayna-Polşa dialoqunun möhkəmləndirilməsində simvolik addımdır. Qarşıda görüşlər və maraqlı müzakirələr var", - R.Stefançuk yazıb.

Seçilən
10
far.az

1Mənbələr