![]() |
| Növbəti İran-ABŞ danışıqları Cenevrədə keçiriləcək |
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında başlamış kütləvi etiraz aksiyaları, eyni zamanda, bu ölkənin nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Tərəflərin nümayəndə heyətləri axırıncı dəf fevralın 17-də məhz Cenevrədə danışıqlar aparıblar. Fevralın 19-da isə ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib. Danışıqların növbəti mərhələsi fevralın 26-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
Firudin Həmidli
AzVision.az
