AZ

İslandiya AB yə üzvlük prosesini sürətləndirmək istəyir Politico

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İslandiya hakimiyyəti artan geosiyasi gərginlik səbəbindən AB-yə üzvlük prosesini vaxtından əvvəl bərpa etməyi düşünür.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat verib.

Onların məlumatına görə, İslandiyanın hakim koalisiyası əvvəlcə 2027-ci ilə qədər AB-yə üzvlük prosesinə başlamağı planlaşdırırdı.

İndi ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın muxtariyyətinə qarşı təhdidlərindən və tariflərin tətbiqindən sonra ölkə hakimiyyəti 2026-cı ilin avqust ayında referendum keçirmək istəyir. "Düşünürəm ki, Trampın Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında İslandiyadan dörd dəfə bəhs etməsi diqqəti cəlb etdi. Kiçik bir ölkə üçün bu, narahatedici olmalı idi", - deyə mənbələrdən biri nəşrə bildirib.

Qəzetin məlumatına görə, İslandiya parlamentinin yaxın həftələrdə səsvermənin tarixini elan etməsi gözlənilir. Bir mənbə qeyd edib ki, əgər islandiyalılar AB-yə qoşulmaq üçün səs versə, digər namizəd ölkələrdən əvvəl qoşula biləcəklər. İslandiya artıq Şengen zonasının və Avropa İqtisadi Zonasının bir hissəsidir, ona görə də orada bir çox AB qanunları artıq qüvvədədir. Lakin, Aİ-yə qoşulmaq üçün Reykyavik birinci referendumun nəticələrinə əsasən başqa bir referendum keçirməli olacaq.

Nəşr xatırladır ki, İslandiya 2009-cu ildə, maliyyə böhranı zamanı Aİ-yə qoşulmaq üçün müraciət etmişdi. 2013-cü ildə ölkə hökuməti iqtisadi vəziyyət yaxşılaşdıqca üzvlük danışıqlarını dayandırdı. 2015-ci ildə İslandiya hakimiyyəti ölkənin Aİ-yə daxil olması üçün nəzərdən keçirilməməsini xahiş etdi. 2013-cü ildə üzvlüyü dayandırmazdan əvvəl İslandiya 33 inteqrasiya mərhələsindən 11-ni başa vurmuşdu.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
bizimyol.info

1Mənbələr