AZ

XXV Qış Olimpiadası başa çatıb

AzVision.az xəbər verir ki, əsas bayram tədbiri Veronada, qədim Roma amfiteatrı “Arena di Verona”da keçirilib. Oyunların alovu Milan və Kortina d'Ampezzoda söndürülüb. Bağlanış mərasimi “Beauty in Action (Hərəkətdə gözəllik)” adlanırdı.

Xatırladaq ki, Azərbaycan başa çatan Oyunlarda fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəkçisi Anastasiya Papatoma ilə təmsil olunub.Litvintsev kişilərin tək yarışında 29-cu yeri tutaraq gözləntiləri doğrultmayıb. Papatoma slalomda 51-ci yeri tutub ki, bu da Azərbaycanın Olimpiya dağ xizəyi yarışlarında ən yaxşı nəticəsidir.

Norveç 18 qızıl, 12 gümüş və 11 bürünc medalla Olimpiadanın qalibi olub. ABŞ ikinci (12-12-9), Hollandiya isə üçüncü (10-7-3) yerləri tutublar.

Növbəti Qış Olimpiya Oyunları 2030-cu ildə Fransa Alp dağlarında keçiriləcək.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
15
azvision.az

1Mənbələr