AZ

Göyçayda üç avtomobil toqquşdu: Xəsarət alanlar var - VİDEO

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

Əldə etdiyimiz məlumata görə, hadisə fevralın 22-də saat 23 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Şamil Şaməddin oğlu Yusifovun idarə etdiyi VAZ-2106 markalı 04-BL-757 dövlət qeydiyyat nişanlı, 2000-ci il təvəllüdlü İlkin Elçin oğlu Həmidovun idarə etdiyi VAZ-2107 markalı 90-XX-471 dövlət qeydiyyat nişanlı və 2006-cı il təvəllüdlü Mürsəl Anar oğlu Məmmədzadənin idarə etdiyi "Toyota" markalı 90-SP-959 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Qəza nəticəsində VAZ-2106-nın sürücüsü Şamil Yusifov xəsarət alıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 23-də saat 00:40-da Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Yaralılara dəqiqləşdirilməmiş kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ körpücük sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. 2004-cü il təvəllüdlü pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

"Cebheinfo.az"

Seçilən
22
cebheinfo.az

1Mənbələr