AZ

Niyə gecə yemək və oyaq qalmaq orqanizm üçün zərərlidir? - XƏBƏRDARLIQ

“Biz hesab edirik ki, gecə yeyib yatmaq və ya gecə durub yemək sadəcə mədə-bağırsaq üçün zərərlidir. Əslində isə bu həm də sinir sisteminə zərərdir”. 

Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə  deyib. O bildirib ki, gecə yemək qaraciyər üçün əlavə yüklənmə yaradır:

“Ənənəvi Çin tibbinə görə qaraciyərin ən aktiv saatları gecə saat 1 ilə 3 arasındadır. Öd kisəsi isə fəaliyyətinə 2 saat öncə - saat 23:00-dan başlayır və gecə 1-ə kimi davam edir. Əgər biz gecə oyaq qalsaq, idman etsək, bədən bunu stress kimi qəbul edəcək və qaraciyərin qanı toksinlərdən təmizləmək işi yarımçıq qalacaq və o bədənin stresini dəf etməklə məşğul olacaq. 

Yemək də ona görə zərərlidir ki, öd kisəsi artıq qeyd etdiyimiz kimi bu saatda boşalmış olur, qaraciyər qanı təmizlədikcə öd ilə atdığı toksinləri qəbul etməyə hazırlaşır. Əgər biz o saatda yemək yesək, güclənmiş iş rejimində olan qaraciyəri bir az da yükləmiş olarıq. Çünki qida maddələri bağırsaqdan sorulduqca qaraciyərə gəlir və orada artıq şəkər, yağlar və s toplanır. Bu səbəbdən əslində gecə növbəsində işləyən insanların əməkhaqqı da əlavəli olmalıdır”. 

Həkimin sözlərinə görə, gecə yatmayıb telefonla qurdalanmaq aqressiv, toksik düşüncələrlə qidalanmaq deməkdir:

“Bu da bədən üçün stress, qaraciyər üçün isə əlavə yük deməkdir. Bunu isə heç bir test göstərmir.

Əsəbini nəzarətdə saxlaya bilməyən insanların qaraciyər meridianında “Yang” enerji yüksəlişi olur. “Yang” orqanın funksiyasını göstərən enerji deməkdir. Yəni orqan güclənmiş şəkildə normadan artıq işləyir. Bu da bədənə əsəbi kontrol edə bilməmə kimi bir natarazlıq verir”, - deyə o əlavə edib.

Billurə

Seçilən
6
2
olke.az

3Mənbələr