AZ

Mart ayında KRİTİK TƏKLİF: Qəzzada raketlər və tunellər LƏĞV EDİLƏCƏK

Qəzzanın tərksilah edilməsi ilə bağlı ətraflı plan hazırlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə israilli jurnalist Ariel Kahana məlumat yayıb.

Qəzzanın Texnokratiya Komitəsi mart ayında HƏMAS-a silahların təhvil verilməsi ilə bağlı ətraflı plan təqdim edəcək.

Sözügedən plan “ağırdan yüngülə” prinsipi əsasında həyata keçiriləcək.

Bura ilk növbədə tunellərin və raketlərin məhv edilməsi, daha sonra isə şəxsi silahların təhvil verilməsi daxildir.

Məlumata görə, tərksilah prosesi təkcə HƏMAS-ı deyil, həm də bölgədəki digər silahlı qruplaşmaları və klanları əhatə edəcək.

Planın tam reallaşdırılması üçün altı ay müddət nəzərdə tutulub.

Əgər HƏMAS bu təklifdən imtina edərsə, İsrail hərbi əməliyyatları genişləndirmək üçün “yaşıl işıq” alacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr