AZ

Rəşt-Astara dəmir yolu üzrə yaxın iki ayda icra razılaşmasının imzalanması gözlənilir – Səfir (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astaradəmir yolu layihəsi üzrə yaxın iki ay ərzində icra razılaşmasınınimzalanması gözlənilir.

Bunu Trend-əözəl müsahibəsində İran İslam Respublikasının Azərbaycandakı səfiriMüctəba Dəmirçili deyib.

O, müsahibəsində İranla Azərbaycan arasında iqtisadi, siyasi,mədəni sahələrdə görülən işlərdən, eyni zamanda qarşılıqlı maraqdoğuran məsələlərdən danışıb.

Müctəba Dəmirçili əvvəlcə vurğulayıb ki, regionda kommunikasiyavə nəqliyyat sahəsində yeni təşəbbüslər irəli sürülür: “İran İslamRespublikası hər zaman bəyan edib ki, bütün regional iqtisadilayihələri dəstəkləyir. Çünki İran hesab edir ki, bu layihələrölkələr üçün, xüsusilə iqtisadi inkişaf, sülh və sabitlikbaxımından faydalı ola bilər və müsbət nəticələr verə bilər.Bununla yanaşı, iqtisadi layihələr adı altında digər ölkələrtərəfindən geosiyasi məqsədlərin gündəmə gətirilməsinə yolverilməməlidir. Regiondan kənar qüvvələrin müdaxiləsi təcrübədəçətinliklər yaradıb və belə hallarda həmin qüvvələr ilk növbədə özmaraqlarını nəzərə alırlar. Bu baxımdan, regionda reallaşaniqtisadi layihələr ölkələr üçün faydalı olmalıdır və başqaməqsədlərə xidmət etməməlidir”.

Səfir bildirib ki, regionda iqtisadi layihələrin artması ümumirifaha müsbət təsir göstərir. Onun sözlərinə görə, nəqliyyat vəkommunikasiya layihələrinin icrası region üçün müsbət nəticələrverə bilər və İran bu cür təşəbbüsləri dəstəkləyir.

Səfir xatırladıb ki, hazırda Naxçıvan Azərbaycanla yalnız havayolu və İran üzərindən tranzit əlaqəsi vasitəsilə birləşir və İrançalışır ki, öz ərazisi üzərindən bu əlaqələr daha rahat şəkildədavam etdirilsin.

Səfir həmçinin, Şimal–Cənub nəqliyyat dəhlizinin region üçünfaydalarından da danışıb: “Bu dəhliz böyük əhəmiyyət daşıyanlayihələrdən biridir və bütün region üçün faydalıdır. İran bulayihədən səmərəli istifadə olunmasında maraqlıdır. Şimal–Cənubnəqliyyat dəhlizinin üç qolu var və onlardan biri Azərbaycanərazisindən keçir. Dəmir yolu sahəsində də işlər davam edir.Azərbaycan dəmir yolu xətti Astara sərhədində İrana birləşdirilibvə ötən il bu xətdən istifadə olunub”.

O əlavə edib ki, Astara–Rəşt dəmir yolu xəttinin çəkilməsiistiqamətində işlər aparılır: “Rəştdən Ənzəliyə qədər olan 30kilometrdən bir qədər artıq hissə artıq inşa edilib. ƏnzəlidənAstaraya qədər qalan hissənin tikintisi üzrə işlər davam edir. İranvə Rusiya şirkətləri bu istiqamətdə birgə fəaliyyət göstərirlər.Ötən aylarda Tehranda keçirilən birgə İqtisadi Komissiyanıniclasında da bu məsələ müzakirə olunub və qərara alınıb ki, yaxıniki ay ərzində layihə üzrə icra razılaşması imzalansın. Tədqiqatişlərinə artıq başlanılıb və ümid edilir ki, proses sürətlə davamedəcək və bütün region bundan faydalanacaq”.

Müctəba Dəmirçili eyni zamanda, İran və Azərbaycan əlaqələrininsiyasi müstəvidə də gündən-günə genişləndiyini diqqətə çatdırıb.Onun sözlərinə görə, İran və Azərbaycan əlaqələri Prezident MəsudPezeşkianın Bakıya və Xankəndiyə səfərindən sonra ciddi irəliləyişəldə edib: “Bu münasibətlər müsbət istiqamətdə gündən-günəgenişlənir. Xüsusilə iqtisadiyyat sahəsində, nəqliyyat və tranzitistiqamətində, ticarət və birgə iqtisadi layihələr çərçivəsindəəməkdaşlıq uğurla davam edir və artıq müsbət nəticələr əldə olunub.Bundan başqa, siyasi sahədə də müxtəlif səviyyələrdəməsləhətləşmələr aparılır. Mədəniyyət istiqamətində isə hər ikiölkənin mədəniyyət nazirlərinin müavinlərinin qarşılıqlı səfərləribaş tutub və razılaşdırılıb ki, qarşıdakı aylarda həm İranda, həmdə Azərbaycanda qarşılıqlı mədəniyyət günləri keçirilsin”.

Səfir əlavə edib ki, yaxın günlərdə Bakıda Azərbaycan–İranİqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclasıkeçiriləcək. Bu komissiya iqtisadi əlaqələrlə yanaşı, humanitarsahəni də əhatə edir. Onun sözlərinə görə, növbəti iclasda da yeninailiyyətlərin əldə olunacağı gözlənilir.

Bundan başqa, səfir qeyd edib ki, Bakıda keçiriləcək BMT-ninÜmumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasında iştiraklabağlı Azərbaycan tərəfindən İrana dəvətnamə göndərilib: “Dəvətnaməİranın Prezident Aparatına təqdim olunub və ona baxıldıqdan sonracavab veriləcək. Təcrübə göstərir ki, istər İranda, istərsə dəAzərbaycanda keçirilən beynəlxalq forum və tədbirlərdə tərəfləryüksək səviyyədə iştirak etməyə çalışırlar. Hazırda Azərbaycantərəfindən göndərilən dəvətnaməyə İrandan cavab gözləyirik”.

Məqalədə:
Seçilən
21
4
az.trend.az

5Mənbələr