AZ

Ölkədəki problemli kreditlərin MƏBLƏĞİ

2026-cı il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq, milli valyuta ekvivalentində 31946,7 milyon manat təşkil edib.

News365.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

“Ümumi kredit portfelinin 26160,5 milyon manatı və ya 81,9 faizi uzunmüddətli kreditlərin payına düşür. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib”, - məlumatda qeyd edilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,8 faiz artaraq 524,5 milyon manat olub və ümumi kredit portfelinin 1,6 faizini təşkil edib.

Seçilən
2
1
news365.az

2Mənbələr