AZ

Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sabunçu–Zabrat yolunda qayda pozan piyadalar görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 21-də günorta saatlarında qeydə alınıb.

Videodan aydın olur ki, bir qrup piyada yolu müəyyən olunmamış yerdən keçməyə cəhd edib.

Onlar nəqliyyatın intensiv hərəkət etdiyi hissədə ayrıcı dəmir maneənin üzərindən aşaraq yolun qarşı tərəfinə keçiblər.

Halbuki hadisə yerindən bir qədər irəlidə piyadalar üçün nəzərdə tutulmuş yerüstü piyada keçidi mövcuddur.

Qeyd edək ki, yolu müəyyən olunmamış yerlərdən keçmək piyadaların həyatını ciddi təhlükə altına atır və qəza riskini artırır.

Təhlükəsizliyin təmin olunması üçün piyadalar yalnız yerüstü və ya yeraltı keçidlərdən istifadə etməlidirlər.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr