AZ

Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib RƏSMİ AÇIQLAMA VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan sakinlər artıq 3 gündür suyun verilməməsindən əziyyət çəkirlər.

Avtosfer.az xəbər verir ki, Ramazan ayında suyun olmaması gündəlik həyatlarını daha da çətinləşdirib: mənzillərdə kombilər işləməyib, evlərdə soyuq şərait yaranıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Avtosfer.az-a açıqlamasında bildirib ki, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza baş verib. Qəza qeydə alındıqdan dərhal sonra əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb olunub.

Hazırda təmir və bərpa işləri istismar qaydalarına uyğun olaraq davam etdirilir. İşlərin gün ərzində yekunlaşdırılması və suyun ünvanlar üzrə mərhələli şəkildə verilməsi nəzərdə tutulur.

Sakinlər vətəndaş olaraq problemi izlədiklərini bildirir, qurum isə su təchizatının tezliklə bərpa olunacağını vəd edir.

Eltac

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
avtosfer.az

1Mənbələr