AZ

Yanvarda ət istehsalı artıb

2026-cı ilin yanvarında diri çəkidə ət istehsalı 47,5 min ton təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % artım deməkdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Süd istehsalı 158,9 min ton olub və 2025-ci ilin yanvar ayına nisbətən 0,5 % azalıb.

Yumurta istehsalı 182,8 milyon ədəd, əvvəlki ilin yanvar ayına nisbətən 5,7 % azalıb.

Tərəvəz istehsalı 27,0 min ton təşkil edib və 5,6 % artım müşahidə olunub.

Ümumilikdə, 2025-ci ilin yanvar ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 % artıb. Bitkiçilik məhsulları 5,6 % artaraq müsbət dinamika göstərsə də, heyvandarlıq məhsulları istehsalı 0,3 % azalıb.

Gülnar Nazimqızı 

Seçilən
1
anews.az

1Mənbələr