AZ

Kəndləri canavarlardan kim qoruyacaq?

Xəbər verdiyimiz kimi, Lənkəran və Masallıda canavarların kəndlərə hücumu bölgədə ciddi narahatlıq yaradıb.

Onlar əsasən, Lənkəran rayonunun Zövlə kəndində, eləcə də Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində mal-qaraya və atlara hücum edib.

Heyvanların ölməsi ilə vətəndaşlara ciddi maddi ziyan dəyib. Kənd sakinləri məcbur qalaraq əllərinə müxtəlif təsərrüfat alətləri alıb canavarları yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışırlar. Onlar artıq övladlarını məktəbə göndərməyə ehtiyat edirlər.

Sakinlər aidiyyəti qurumlardan canavarların kəndlərdən uzaqlaşdırılması üçün təcili tədbirlər gözləyirlər. Ekologiya və Təbii Sərvətlər Naziriyindən “Cebheinfo.az”-ın sorğuna cavab olaraq bildirilib ki, vəhşi heyvanlar yaşayış məntəqəsinə və ya mal-qaraya hücum edirsə, əhalinin təhlükəsizliyinə, kənd təsərrüfatı heyvanlarına ciddi təhdid yaradırsa, bu zaman vətəndaş, özünü və təsərrüfatını qorumaq hüququna malikdir:

“Vəhşi heyvanlar mal-qaraya və insana hücum edərsə, həmin şəxs özünümüdafiə məqsədilə heyvanı zərərsizləşdirə bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir. Əgər vəhşi heyvan təqib edilərək vurulursa, ovlanırsa, bu, artıq müvafiq məsuliyyət yaradır.

Canavar və çaqqalların kəndlərə, insanlara hücumları ilə bağlı Nazirliyə və onun yerli qurumuna rəsmi müraciət daxil olduqda Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri və ovçulardan ibarət işçi qruplar yaradılır.

Qruplar insanlara təhlükə yaradan heyvanların ərazidən uzaqlaşdırılması üçün hürküdücü vasitələr tətbiq edir, yırtıcıların sayının tənzimlənməsini diqqətdə saxlayır, zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görür”.

Seçilən
0
2
turkustan.az

3Mənbələr