Gürcüstan Kulevi limanı barədə tam məlumatı Avropa Komissiyasına təqdim edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, limanda sanksiya rejimi pozulmur.
"Biz ümid edirik ki, Kulevi limanı sanksiya paketinə daxil edilməyəcək. Biz müvafiq məlumatı Avropa Komissiyasına göndərmişik. Gəlin Avropa Komissiyasının qərarını gözləyək", - Kobaxidze əlavə edib.
Baş nazir qeyd edib ki, Gürcüstanın strateji obyektlərindən birinin sanksiya paketinə daxil edilməsi arzuolunan deyil:
"Limanda neft məhsulları idxal olunur, emal edilir və ixraca yönəldirilir. Sanksiya rejiminə əməl edilir".